Pekin Avtomobil Korporasiyası

artıq Azərbaycanda!

Nəhəng avtomobil sənayesi

Çinin paytaxtı Pekində yerləşən və 1958-ci ilə aid bir tarixi olan bu marka ölkənin ən böyük avtomobil qruplarından biridir. Təxminən 130.000 işçisi olan BAIC avtomobil sənayesi, Çində və eynilə Dünyada avtomobil sektorunda zirvəyə doğru irəliləyir.

Əsas fəaliyyət istiqamətləri: tədqiqat və inkişaf, komponentlərin dizaynı və istehsalı, tam nəqliyyat vasitələrinin dizaynı və istehsalı.

Hər il BAIC təxminən 2,5 milyon avtomobil istehsal edir və bazara çıxarır ki, bu da dünyanın ən çox qazanan 500 ən yaxşı şirkətinin sırasına daxil olmağa imkan verir.

Dayanmayan inkişaf

BAIC, əməkdaşlıq müqavilələri ilə Hyundai Motor və Çində Mersedes Benz-in eksklüziv istehsalçısı və satıcısıdır. Bundan əlavə, BAIC dünyada ticari nəqliyyat vasitələrinin həcminə görə ən böyük istehsalçı olan Foton Motor-a sahibdir.

Həm də Pasifik Aerokosmik ilə tərəfdaşlıq sayəsində aşağı kütləli təyyarələr istehsal edir.

2009-cu ilin sonlarında müstəqil bir marka yaratmaq məqsədi ilə BAIC, İsveç avtomobil istehsalçısı SAAB-ın texnoloji intellektual mülkiyyətini əldə etdi. Bu texnologiyanın iki illik mənimsənilməsindən və inkişafından sonra 2012-ci ildə Çin bazarında ilk “BAIC” marka modeli satışa çıxarıldı.

BAIC modellərinin 100% elektrik versiyasını istehsal edən BAIC EV, Çindəki seqmentində 1-ci, dünyada isə 4-cü yerdədir.

Bu gün BAIC avtomobilləri 12 istehsal bazasında hazırlanır (Çində 8, dünyanın digər qalan hissəsində 4) və təxminən 50 ölkədə distributorluq və dilerliyi mövcuddur.

BAIC Group-un 2016-cı ildəki gəlir və satış rəqəmləri; 2,85 milyon avtomobil satışı və 58,8 milyard dollar şirkət gəliri.

BAIC, ölkədə və dünyadakı marka dəyərini qaldırmaq üçün hər gün çalışır. Böyük komandamız sizi unikal bir təcrübə ilə təmin etmək üçün səbirsizlənir. Gözləntilərimiz çox yüksəkdir, çalışqanlığımız isə daha da çox olacaqdır.