Çinin paytaxtı Pekində yerləşən və 1958-ci ilə aid bir tarixi olan bu marka ölkənin ən böyük avtomobil qruplarından biridir. Təxminən 130.000 işçisi olan BAIC avtomobil sənayesi, Çində və eynilə Dünyada avtomobil sektorunda zirvəyə doğru irəliləyir.
Əsas fəaliyyət istiqamətləri: tədqiqat və inkişaf, komponentlərin dizaynı və istehsalı, tam nəqliyyat vasitələrinin dizaynı və istehsalı.
BAIC-in 1.5 turbo həcmli Magic Core mühərriki “Çinin Ürəyi” tədbirində 2021-ci ilin ON ƏN YAXŞI MÜHƏRHƏKİ seçildi. BAIC-in 1.5 turbo həcmli Magic Core mühərriki “Çinin Ürəyi” tədbirində 2021-ci ilin ON ƏN YAXŞI MÜHƏRHƏKİ siyahısına daxil oldu.
BAIC GROUP 497,82 milyard yuan əməliyyat gəliri ilə Fortune Global 500-də 124-cü yerdə qərarlaşıb. BAIC GROUP 9 il ardıcıl olaraq bu siyahıda yer alaraq, siyahıda Çin avtomobil şirkətləri arasında ilk 4 lükdə qərarlaşıb.
BAIC Şirkəti 10.000.000-cu avtomobilinin rəsmi olaraq istehsalını həyata keçirdi. BAIC, həm Çində, həm də dünyada istehsal və satışda 10 milyon ədədi keçən ilk kommersiya avtomobil şirkəti oldu.
BAIC ORV yarış komandası ilk dəfə olaraq dünyanın ən çətin kross yarışı olan “Dakar Rookie”-də iştirak etdi və “Dakar Rookie” mükafatının ilk üç dərəcəsini qazandı.
BAIC-in yüksək səviyyəli intellektual yeni elektrik avtomobil markası olan ARCFOX, αT modelinin istehsala buraxılması ilə BAIC, elektromobil sahəsinə rəsmi girişini etdi.
“Fortune” jurnalı “2019-cu ilin ən yaxşı 500 şirkəti”-nin reytinqini açıqlayıb. BAIC GROUP 480,74 milyard yuan (72,67 milyard dollar) gəlirlə dünyanın ən yaxşı 500 şirkəti arasında 129-cu yerdə qərarlaşıb.
İnnovativ texnologiyanın müstəqil əqli mülkiyyət hüquqlarına malik BJ40 modeli "Elm və Texnoloji Tərəqqi" kategoriyası üzrə birincilik mükafatını qazanan ilk avtomobil oldu.
BAIC GROUP əvvəlki illə müqayisədə 88 pillə irəliləyərək, ümumi gəliri 4,332 milyard dollara çataraq 500 şirkət arasında 248-ci yerdə qərarlaşıb.
BAIC GROUP Fortune 500-də 336-cı yerdə qərarlaşıb. Qlobal avtomobil şirkətləri arasında isə 18-ci yerdə mövqelənib.
Şirkət, 2010 ilində Çinin ən böyük 10 avtomobil istehsalçısı siyahısına daxil oldu. Bu müddət ərzində avtomobil satışını 1,5 milyon artıraraq bazar payını 8 % - ə yüksəltdi. 2011 ildə şirkət Çin bazarında satış sayına görə 5-ci pilləyə yüksəldi. Həmin il ümumi satışın 30%-i yük və ticarət üçün nəzərdə tutulmuş avtomobillər təşkil edirdi. Hal-hazırda şirkət illik 2 milyondan artıq avtomobil satışı ilə Çin bazarında ilk altılıq da yerini tutur.
BAIC Motor Co., Ltd., Mercedes-Benz Group Co., Ltd. və Daimler Greater China Investment Co., Ltd. (Mercedes-Benz Group Co., Ltd.-nin törəmə müəssisəsi) tədqiqat və inkişaf, mühərrik və avtomobil istehsalına birgə sərmayə qoyublar. Satış və satış sonrası xidməti birləşdirən bu əməkdaşlıq Çin-Alman birgə istehsalı üçün nəzərdə tutulub.
Pekin BAM şirkəti Foton Motor Co., Ltd daxil olmaqla 100 müəssisə yaratdı. Foton istehsal və satışda ardıcıl olaraq Avropa, ABŞ və Yaponiyanı geridə qoydu və kommersiya avtomobillərinin satışında dünyada birinciliyi ələ aldı.
1994-cü ildə qrup, nəhayət, rəsmi olaraq holdinq kimi birləşdi və yenidən Pekin Avtomobil Sənayesi Qrupu Korporasiyası adlandırıldı. 2000-ci ildə qrup adını Beijing Automotive Holding Co., Ltd olaraq dəyişdirdi. 2010-cu ildə isə Beijing Automotive Group Co Ltd. adını aldı.
New Office, CA
Beijing Avtomobil Mühəndisliyi Şirkəti (BAECO) və American Motors Corporation (AMC) Çin avtomobil sənayesi üçün birgə avtomobillərin istehsalında ilk Çin-xarici birgə tərəfdaşlıq olan Beijing-Jeep ortaqlığı üçün müqavilə imzalayıblar.
BAIC Group Beijing Avtomobil Mühəndisliyi Şirkətini rəsmi olaraq təsis etməyə başladı.
BAIC şirkəti tərəfindən hazırlanmış BJ212 yolsuzluq avtomobili rəsmi olaraq istehsala buraxıldı.
Pekin №2 Avtomobil Təmiri Fabriki sınaq əsasında iki BJ130 yüngül yük maşını nümunəsi hazırladı.
Şirkətin əsası 1958-ci ildə qoyulsa da, 1973-cü ildə Pekin (Bələdiyyə) Avtomobil Sənayesi Şirkəti olaraq, bələdiyyə komitəsinin nəzarəti altında bir büro kimi faəliyyətini davam etdirdi.1980-ci ildə Pekin (Bələdiyyə) Avtomobil Sənayesi Korporasiyası adlandırıldı. Büro 1987-ci ildə ləğv edilmiş və onun yerinə Pekin Avtomobil Sənayesi Birgə Şirkəti yaradılmışdır.
2023 | Bütün hüquqlar qorunur ©