JAC və BAIC avtomobilləri “Qafqaz Motor Şou 2022” avtomobil sərgisində nümayiş olundu.
17-ci dəfədir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) avtosevərləri parlaq avtomobil bayramına dəvət etdi.
AADA İdarə Heyətiniin sədri Natiq Zərbəliyevin verdiyi məlumata görə “Qafqaz Motor Şou 2022” Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirib. O, qeyd etdi ki, bu əməkdaşlıq artıq 3-cü dəfədir baş tutur. Sərgidə 17 avtomobil markası iştirak etdi həmçinin “Performance Center” şirkəti BAIC və JAC markaları ilə çıxış etdi.
“Performance Center” şirkəti BAIC və JAC avtomobillərinin Azərbaycandakı rəsmi distributorudur. Şirkət sərgidə 5 avtomobilini nümayiş etdirib. Bunlar, JAC markasının ən məhşur modeli Pick-up T8, SUV tipli JS8, Sedan tipli – J7, BAIC markasından isə SUV tipli X7 və X3 modelləri olub.
BAIC X7 – Yenilənmiş innovativ dizayn ünsürlərini özündə birləşdirən avtomobil, öz sinifində rəqiblərindən fərqlənir. Avtomobil 188 at gücünə malik olub, avtomatik zolaq üzrə parklama və AQS sistemi kimi innovativ funksiyaları özündə birləşdirir.
BAIC X3 – Ön tərəfdən idman üslubuna malik olan X3 arxa tərəfə doğru uzanan cizgilərlə əsl şəhər içi krossover ünvanını özündə cəmləşdirir.