Texnologiya

SAAB üstünlüyü

TRANSMİSİYA

Transmisiyanın maksimum fırlanma vəziyyəti SAAB texnologiyası ilə hazırlanmışdır. 250 Nm ilə 350 Nm arasında dəyişməyə imkan verən texnologiya , Yapon provayderi AİSİN ən yüksək qlobal standarta uyğun olan avtomatik konfiqurasiya sistemi ilə təmin olunub.

MÜHƏRRİK

BAIC T – güclü turbo texnologiyasının qabaqcılı olan SAAB-dan konsultasiyalar aldı, turbo mühərriklərini dünya standartlarına tam uyğun şəkildə hazırladı və kateqoriyalara böldü: 2.0T orta turbomühərrikli, 2.0T yüksək turbomühərrikli, 2.3T yüksək turbomühərrikli və 1.5GDI.

TƏHLÜKƏSİZLİK

BAIC-in SAAB patentli texnologiyası “SAAB Safe Cage” adlanır. Bu texnologiya ultra yüksək sərtlik qəfəsinə malikdir və EURO Ncap-ın 5 ulduzlu təhlükəsizlik standardına layiq görülmüşdür. Hətta Amerikada “Quru yol təhlükəsizliyi” üzrə 4 il ardıcıl olaraq birincilik ilə təltif olunmuşdur.

Tədqiqat və inkişaf

I+D avtomobilləri

Elmi-tədqiqat bazasının və müstəqil elmi-tədqiqat platformasının yaradılması, innovativ qabiliyyət və inkişafın artırılması BAIC Group-un uzun müddətdir tətbiq etdiyi bir planlama idi. BAIC Group buna dəstək olaraq Pekinin “SAA” texnologiyasına əsaslanan “BAIC” markasını inkişaf etdirmək məqsədi ilə bazara daxil etdi. 180000 kvadrat metr sahəni əhatə edən ərazidə dünyanın bir çox yerindən 2000 istedadlı əməkdaş çalışır.

I+D güc zənciri

BAIC güc zənciri, mükəmməl və qüsursuz iş xəttini vahid şəkildə qurmağa çalışır və idarə edir. BAIC güc zənciri məhsulları iki platformaya bölünür: mühərrik və ötürücülər qutusu. Birincisi A və B təsnifat mühərrikləri, ikincisi isə mexaniki ötürücü və özünü sübut etmiş davamlılığı ilə avtomatik ötürücülər qutusudur (CVT). BAIC güc zənciri hazırda I+D sahəsi üzrə 500 peşəkar əməkdaşdan istifadə edir.

I+D yeni enerji

Elektrikli nəqliyyat vasitələrinin satışında iddialı olan BAIC Group, ABŞ-dan “Atieva”, Almaniyadan “Siemens”, Cənubi Koreyadan “SK”, Çindən isə “Broad Ocean Motor” və “Pride Battery” kimi şirkətlərlə əməkdaşlıq qurdu. BAIC, yeni enerji vasitəli texnologiyaların birgə inkişafı üçün strateji ittifaqlar qurmağa başladı. Bundan əlavə, Silikon Vadisi (ABŞ), Detroyt (ABŞ), Axen (Almaniya), Barselona (İspaniya), Tokio (Yaponiya) və Pekində (Çin) öz tədqiqat və inkişaf mərkəzlərinə qurdular.