BAIC X55

Çinin ən böyük avtomobil korporasiyalarından biri olan BAIC markasının Azərbaycandakı rəsmi distribütoru olan Performance Center şirkəti tam yenilənmiş X55 II (2-ci nəsil) modelini Azərbaycana gətirdiyini elan etdi.

“Fərqliliyi idarə et” sloqanı ilə şourumdakı model sırasına daxil olan X55, geniş rəng kataloqu, innovativ ünsürləri və individual özəllikləri ilə şəhər yollarında fərqlilik yaratmağa başlayır.

188 at gücü, 1.5 litrlik turbo mühərriklə təchiz olunan modelin üstün cəhətlərindən bir hissəsi aşağıda qeyd olunur:

Zolaqdan çıxma bildiriş sistemi (LDW), Adaptiv kruiz kontrol (ACC), Kor zonanın aşkar olunması (BSD), Əyləc qüvvəsinin paylanması (EBD/CBC), Elektron parkinq funksiyası, Hündürlüyə qalxma və enişə nəzarət sistemi (HAC,HDC), Wireless charging (simsiz enerji ötürücüsü), Soyuducu (dirsəkaltı qutunun havalandırılması), Piyada və toqquşma xəbərdarlığı (FCW), Avtomatik parkinq əyləci (APA) və s.

Geniş komplektasiya göstəricilərinə malik tam yenilənmiş BAIC X55 II seriya modeli 45.900 AZN qiymətinə Performance Center satış mərkəzlərində alıcılarına təqdim olunur.

Ətraflı məlumat üçün 1633 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.