BAIC X55 modelinə rəsmi əməkdaşlıq etdiyi Mercedes-Benz Group toxunuşları

Performance Center şirkəti yaxın günlərdə BAIC markasının tam yenilənmiş modeli olan X55-i avtomobil həvəskarlarına təqdim etdi. Modelin istər eksteryer, istərsə də interyer cizgilərində idman üslubunun olduğu tam hiss olunur.

X55 və eynilə digər modellərdə də istifadə olunan mühərrik Çinin ən yaxşı 10 mühərriki sırasındadır. Həmçinin bütöv mühərrik sistemi Mitsubishi şirkəti ilə birgə şəkildə hazırlanıb.

Onu da qeyd edək ki, Mercedes-Benz Group-un avtomobil istehsalının böyük bir hissəsi BAIC zavodunda həyata keçir. Buna görə də, BAIC modellərinin dizayn və keyfiyyət göstəricilərinə Mercedes-Benz Group öz təkliflərini verərək, qarşılıqlı şəkildə çalışırlar.

BAIC şirkəti X55-də istifadə etdiyi dizayn xətti ilə gələcək konsepsiyasını müəyyənləşdirir. Model ön tərəfdən elektromobilə bənzəsə də, ancaq indiki halda daxili yanma mühərrikidir. Şirkətin qısa bir zamanda bu modelin hibrid komplektasiyasını da dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırır.

X55 modeli ilə Performance Center şirkətində daha yaxından tanış ola bilərsiniz.

Məlumat mərkəzi: 1633 qısa nömrəsi