BAIC ailəsinin yeni üzvü hibrid BJ30 modeli artıq şourumlarımızda satışdadır!
BAIC BJ30 həm şəhəriçi, həm də yolsuzluq şəraitində yüksək performans təqdim edən modeldir. Hibrid texnologiyası, maksimum geniş və funksional interyer, off-road imkanları BJ30 modelini fərqləndirən əsas xüsusiyyətlərdəndir.
Yeni model öz gücü, komfortu və çevikliyi ilə sürücülərə əvəzsiz bir sürüş təcrübəsi vəd edir. İstər gündəlik istifadə, istərsə də macəra dolu səfərlər üçün ən uyğun seçimdir.
402 at gücü, həm benzin, həm də elektriklə işləyən mühərrik, 7 sürüş rejimi və bir çox üstünlükləri ilə sizə tam fərqli sürüş təcrübəsi yaşatmağa hazırdır.
43 900 AZN dəyərində olan bu avtomobili daha detallı kəşf etmək üçün sizi Performance Center satış mərkəzlərinə dəvət edirik.
Ətraflı məlumat üçün 1633 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.