AVTOMOBİL TERMİNLƏRİ LÜĞƏTİ

У - hərfi

Уайт-спирит uayt-spirit (ing. white spirit)
Убирать səliqəyə salmaq, qaydaya salmaq, təmizləmək; yığışdırmaq
Убирающаяся антенна yığılan antena
Убирающаяся крыша yığılan dam
Убирающийся yığılan
Уборочное самоходное шасси özü hərəkət edən təmizləmə şassisi
Уборочный yığan, yığışdıran, təmizləyən
Убыток zərər, ziyan
Увеличение artırma, artırılma; çoxaltma, çoxaldılma; böyütmə
Увеличение нагрузки yüklənmənin artması
Увеличенная колесная база artırılmış təkər bazası
Увеличенный artırılmış
Увеличенный ход artırılmış gediş
Увеличивать artırmaq; böyütmək
Увеличиваться artmaq, çoxalmaq; böyümək
Увеличитель крутящего момента burucu momenti artıran
Увод aparma, aparılma
Увод боковой yana aparma
Углеводород karbohidrogen
Углеводородная смазка karbohidrogen sürtgü yağı
Углеродистая сталь karbonlu polad
Углеродистые отложения karbonlu çöküntülər
Угловая жесткость bucaq sərtliyi
Угловое смещение bucaq yerdəyişməsi
Угловое ускорение bucaq təcili
Угловой bucaq, künc
Угловой коэффициент затухания sönmənin bucaq əmsalı
Углубление dərinləşmə
Углубление в днище картера двигателя mühərrikin karterinin dibində dərinləşmə
Угол bucaq, künc, tin
Угол въезда giriş bucağı
Угол гибкости автопоезда avtoqatarın uyğunlaşma bucağı
Угол задержки ləngimə bucağı
Угол заднего свеса arxa aşırım bucağı
Угол закручивания burulma bucağı
Угол зацепления ilişmə bucağı
Угол опережения впрыска топлива yanacaq püskürməni qabaqlama bucağı
Угол опережения зажигания alışdırmanı qabaqlama bucağı
Угол опрокидывания кабины kabinənin aşırılma bucağı
Угол переднего свеса qabaq aşırım bucağı
Угол переката diyirlətmə bucağı
Угол перекрытия клапанов klapanların bir-birini örtmə bucağı (silindrdəki klapanların eyni zamanda bağlı vəziyyətində dirsəkli valın dönmə bucağı)
Угол поворота dönmə bucağı
Угол подъема платформы platformanın qalxma bucağı
Угол поперечного наклона шкворня çivin eninə maillik bucağı
Угол преодолеваемого подъема dəf olunan yoxuşluq bucağı
Угол проходимости keçicilik bucağı
Угол развала çəpləşmə bucağı
Угол развала цилиндров silindrlərin çəplik bucağı
Угол рампы rampanın bucağı
Угол свеса aşırım bucağı
Угол свободного поворота рулевого колеса sükan çarxının boş dönmə bucağı
Угол скрещивания мостов körpülərin çəpləşmə bucağı
Угол съезда çıxış bucağı
Угол увода yana aparma bucağı
Уголек трамблера qırıcı-paylayıcının kömürü
Угон oğurlanma, qaçırılma
Угонщик avtomobil oğrusu
Угроза аварии qəza təhlükəsi
Угроза заноса yana sürüşmə təhlükəsi
Удавка ilgək
Удаление silinmə, təmizlənmə; uzaqlaşdırma
Удаление нагара qurumun təmizlənməsi
Удаление накипи ərpin təmizlənməsi
Удаленный uzaqlaşdırılmış; silinmiş
Удалять təmizləmək; uzaqlaşdırmaq
Удар zərbə,vurma, vuruş
Удар за удар zərbəyə zərbə (sığortaçıların fərdi məsuliyyət prinsipi, əgər hər iki toqquşan avtomobillərin təmir qiyməti təxminən bərabərdirsə, hər sığortaçı sığorta etdiyi avtomobilin xərcini ödəyir və qarşı tərəfə iddia vermir)
Ударная нагрузка zərbə yüklənməsi
Ударное действие zərbə təsiri
Ударопрочная краска zərbəyə davamlı rəng
Ударопрочный zərbəyə davamlı
Удельная грузоподъемность транспортного средства nəqliyyat vasitəsinin xüsusi yükgötürmə qabiliyyəti
Удельная мощность xüsusi güc
Удельная теплоемкость xüsusi istilik tutumu
Удельная тяговая мощность xüsusi dartıcı güc
Удельный xüsusi
Удельный вес xüsusi çəki
Удельный объем xüsusi həcm
Удельный расход xüsusi sərf
Удельный расход топлива xüsusi yanacaq sərfi
Удерживающая катушка saxlayan makara
Удерживающий электромагнит saxlayan elektromaqnit
Удлинение uzanma, uzadılma
Удлиненная платформа uzadılmış platforma
Удлинитель uzadıcı
Удлинитель картера karterin uzadıcısı
Удлинять uzatmaq
Удлиняться uzanmaq, uzadılmaq
Удобная езда əlverişli getmə
Удобный rahat, uyğun, əlverişli, münasib
Удобство rahatlıq, əlverişlilik, münasiblik, uyğunluq
Удобство доступа əlçatma rahatlığı
Удобство обслуживания xidmətin əlverişliliyi
Удобство управления idarəetmənin rahatlığı
Удовлетворять təmin etmək; razı salmaq; yerinə yetirmək
Уезжать getmək
Узел düyün, hissə, detal; qovşaq; dəniz mili
Узел агрегата aqreqatın qovşağı
Узкая прорезь в протекторе шины şinin protektorunda dar kəsik
Узкая улица dar küçə
Узкая часть dar hissə
Узкоколейка dar koleyalı relsli nəqliyyat vasitəsi
Узловое соглашение qovşaq razılaşması (müxtəlif növlü nəqliyyat daşıyıcıları arasında bağlanan müqavilə)
Указание göstərmə, göstəriş vermə
Указатель göstərici; işarə, siyahı
Указатель газа qazın göstəricisi
Указатель давления масла yağ təzyiqinin göstəricisi
Указатель заряда doldurulma göstəricisi
Указатель масла yağın göstəricisi
Указатель поворотa dönmənin göstəricisi
Указатель температуры temperatur göstəricisi
Указатель топлива yanacaq göstəricisi
Указатель уровня топлива yanacaq səviyyəsinin göstəricisi
Указатель электролита elektrolitin göstəricisi
Указывать göstərmək
Укатанное гравийное покрытие sıxlaşdırılmış çınqıllı örtük
Уклон meyl, eniş
Уклон дороги yolun meylliyi
Укрепление möhkəmlətmə, möhkəmlədilmə; möhkəmlənmə, bərkitmə; bərkidilmə, bərkimə;
Укреплять möhkəmləndirmək, bərkitmək
Улавливатель tutan, tutucu
Улавливать tutmaq
Улитка ilbiz (ilbiz formalı səs siqnalı)
Улица küçə
Уличное освещение küçə işıqlanması
Уличный перекресток küçə kəsişməsi
Улучшение yaxşılaşma
Ультракороткие волны ultraqısa dalğalar
Уменьшать kiçiltmək, azaltmaq
Уменьшение kiçildilmə, azaldılma
Уменьшение напряжений gərginliklərin azaldılması
Уменьшенный azaldılmış
Умеренный износ orta yeyilmə
Умная шина ağıllı şin (vəziyyəti haqda sürücüyə məlumat verən şin)
Умформер umformer (bir gərginlikli daimi cərəyanı başqa gərginlikli daimi cərəyana çevirən elektrik maşını)
Универсал universal
Универсал повышенной вместимости artırılmış tutumlu universal
Универсальная система диагностирования universal diaqnostika sistemi
Универсальная шина universal şin
Универсальное самоходное шасси universal özü hərəkət edən şassi
Универсальный автомобиль-фургон universal avtomobil-furqon
Универсальный рисунок протектора protektorun universal naxışı
Универсальный шарнир universal oynaq
Унификация unifikasiya (vahid şəklə salma)
Унифицированный unifikasiya edilmiş
Унифицировать unifikasiya etmək, eyniləşdirmək, vahid şəklə salmaq
Уплотнение kipləşmə, kipləşdirilmə, sıxlaşdırma, sıxlaşdırılma
Уплотнение двери qapının kipləşdirilməsi
Уплотненный sıxlaşdırılmış
Уплотнитель kipləşdirici, sıxlaşdırıcı
Уплотнительная паста kipləşdirici pasta
Уплотнительное кольцо kipləşdirici halqa
Уплотнительный kipləşdirici …
Уплотнять kipləşdirmək, sıxlaşdırmaq, bərkitmək
Уплотняющая кромка kipləşdirən haşiyə
Уплотняющий элемент kipləşdirici element
Упор söykəmə, dayama, dirəmə; dayaq, dirək; tir
Упор педали pedalın dayağı
Упорная шайба dayaq şaybası
Упорное кольцо dayaq halqası
Упорный подшипник dayaq yastığı
Управление idarəetmə
Управление качеством продукции məhsulun keyfiyyətinin idarə edilməsi
Управление транспортным средством nəqliyyat vasitəsinin idarə edilməsi
Управляемое колесо idarə olunan təkər
Управляемость idarə olunma
Управляемый idarə olunan, idarə oluna bilən
Управляемый ведущий мост idarə olunan aparıcı körpü
Управляемый занос idarə olunan yana sürüşmə
Управляемый мост idarə olunan körpü
Управлять idarə etmək; rəhbərlik etmək
Управляющая обмотка idarəedici sarğı
Управляющее воздействие idarəedici təsir
Упрочнение bərkitmə, möhkəmlətmə
Упрочненный слой möhkəmləndirilmiş lay
Упрощение sadələşdirmə, asanlaşdırma; sadələşmə, asanlaşma
Упрощение конструкции konstruksiyanın sadələşdirilməsi
Упрощенный sadələşdirilmiş, asanlaşdırılmış
Упругая деформация elastik deformasiya
Упругая муфта elastik mufta
Упругий elastik
Упругий карданный шарнир elastik kardan oynağı
Упругий пневматический элемент elastik pnevmatik element
Упругий удар elastik zərbə
Упругий элемент elastik element
Упругое устройство elastik qurğu
Упругость elastiklik
Уравнивание bərabərləşdirmə; hamarlama, düzəltmə
Уравнитель bərabərləşdirici
Уравнитель привода intiqalın bərabərləşdiricisi
Уравнительный bərabərləşdirici
Уравнительный клапан bərabərləşdirici klapan
Уравновешенность müvazinət, tarazlıq
Уравновешивание müvazinətləşdirmə, tarazlaşdırma, bərabərləşdirmə
Уравновешивание двигателя mühərrikin müvazinətləşdirilməsi
Уравновешивать müvazinətləşdirmək, tarazlaşdırmaq, bərəbərləşdirmək
Уровень səviyyə, dərəcə
Уровень «безопасности здоровья» «sağlamlıq təhlükəsizliyi» səviyyəsi
Уровень «комфорта» «komfort» səviyyəsi
Уровень вибрации vibrasiya səviyyəsi
Уровень громкости звука səsin gurluğunun səviyyəsi
Уровень звука səsin səviyyəsi
Уровень репрезентативности reprezentativlik səviyyəsi
Уровень топлива yanacağın səviyyəsi
Уровень шума səs-küyün səviyyəsi
Уровень электролита elektrolitin səviyyəsi
Усиление gücləndirmə; qüvvətləndirmə
Усиление кузова kuzovun gücləndirilməsi
Усиление тока cərəyanın gücləndirilməsi
Усиленный gücləndirilmiş; qüvvətləndirilmiş, artırılmış
Усиливать gücləndirmək, qüvvətləndirmək
Усиливающее ребро gücləndirici qabırğa
Усилие güc, qüvvə; səy
Усилие на педали pedaldakı qüvvə
Усилие на руле sükandakı qüvvə
Усилие торможения tormozlama qüvvəsi
Усилитель gücləndirici
Усилитель руля sükan gücləndiricisi
Усилитель сцепления ilişmə muftasının gücləndiricisi
Усилитель тормозa tormoz gücləndiricisi
Ускорение sürətlənmə; sürətlənmə təcili
Ускорение свободного падения sərbəstdüşmə təcili
Ускоренное движение sürətlənmiş hərəkət
Ускоренный sürətlənmiş, sürətləndirilmiş, sürəti artırılmış
Ускоритель sürətləndirici (cihaz)
Ускорительный клапан sürətləndirici klapan
Ускорительный насос sürətləndirici nasos
Ускорять sürətləndirmək, sürətini artırmaq, tezləşdirmək
Ускоряющая передача sürətləndirici ötürmə
Ускоряющий sürətləndirən, sürətləndirici
Условие şərt, şərait
Условия движения hərəkət şəraiti
Условия эксплуатации istismar şəraiti
Условная максимальная скорость şərti maksimal sürət
Условно полноприводный şərti tam ötürməli
Усовершенствование mükəmməlləşdirmə, təkmilləşdirmə, dəyişiklik, yenilik
Усовершенствованное покрытие təkmilləşdirilmiş örtük
Усовершенствованный mükəmməlləşdirilmiş, təkmilləşdirilmiş; yaxşılaşdırılmış
Усовершенствовать mükəmməlləşdirmək, təkmilləşdirmək; yaxşılaşdırmaq
Успокоитель sakitləşdirici, söndürücü
Успокоитель цепи zəncirin söndürücüsü (titrəyişləri)
Усталостная прочность yorğunluq möhkəmliyi
Усталостное разрушение yorğunluq dağılması
Усталость yorğunluq
Усталость материала materialın yorğunluğu
Устанавливать qurmaq; təyin etmək, müəyyən etmək; sübut etmək; yoluna qoymaq
Установившаяся скорость qərarlaşmış sürət
Установившаяся циркуляция qərarlaşmış dövran
Установка qurma, qurulma; quraşdırma, quraşdırılma; düzəltmə, düzəldilmə; qoyma, qoyulma, yerləşdirmə
Установка двигателя mühərrikin yerləşdirilməsi
Установка для мойки автомобилей avtomobillərin yuyulması üçün qurğu
Установка зажигания alışdırmanın qurulması
Установка колес təkərlərin qurulması
Установка на место yerinə quraşdırma
Установка опережения зажигания alışdırmanı qabaqlamanın quraşdırılması
Установление qurma, qurulma; müəyyən etmə (edilmə), təyin etmə (edilmə)
Установление допусков müsaidələrin müəyyən edilməsi
Установленный qurulmuş; təyin edilmiş, müəyyən edilmiş
Установленный поперечно köndələn yerləşdirilmiş
Установочная длина yerləşdirilmə uzunluğu
Установочный болт quraşdırma boltu
Устаревший köhnəlmiş
Устойчивая работа dayanıqlı iş
Устойчивое горение stabil yanma
Устойчивость dayanıqlılıq, dəyanətlik, davamlılıq, sabitlik, stabillik
Устойчивость движения hərəkətin dayanıqlığı
Устойчивость при торможении tormozlanmada dayanıqlılıq
Устойчивость равновесия tarazlığın stabilliyi
Устойчивость системы sistemin dayanıqlılığı (stabilliyi)
Устойчивый dayanıqlı, dəyanətli, davamlı; sabit, stabil
Устранение aradan qaldırma, yox etmə; kənar etmə
Устранить aradan qaldırmaq, yox etmək; kənar etmək
Устройства безопасности təhlükəsizlik qurğuları
Устройство quruluş; düzəltmə, düzəldilmə; mexanizm, qurğu, konstruksiya
Устройство обдува üfürmə qurğusu
Устройство помехоподавляющее maneə söndürən qurğu
Устройство холостого хода boş gediş qurğusu
Уступать дорогу bax: уступить дорогу
Уступить дорогу yol vermək
Утеплитель qızdırıcı örtük, isidici örtük
Утеплительный чехол капота kapotun isidici örtüyü
Утечка itki, azalma, axma, əskilmə, sızma
Утечка воздуха havanın sızması
Утечка тока cərəyan itkisi
Утилизация utilləşdirmə, yenidən istifadə etmə
Утиль util (istifadəyə yararlı tullantılar)
Утолщение qalınlaşdırma, yoğunlaşdırma; qalınlıq, yoğunluq; qalın yer, yoğun yer
Утопленный batırılmış, salınmış (suya, çaya)
Ухаб çala-çuxur
Ухаживать за механизмом mexanizmə qulluq etmək
Уход qulluq, qulluq etmə, baxma; getmə
Уход за машиной maşına qulluq
Ухудшать pisləşdirmək, xarablaşdırmaq, xarab etmək
Ухудшение pisləşdirmə, xarablaşdırma; pisləşmə, xarablaşma
Участник дорожного движения yol hərəkəti iştirakçısı
Участок sahə, bölmə, yer
Участок разгрузки автомобилей avtomobillərin boşaldılma yeri
Учет движения hərəkətin uçotu
Учредитель təsisçi, təsis edən, əsasını qoyan; bani
Уширенный genişləndirilmiş, enləndirilmiş
Уширитель genişləndirici, enləndirici
Уширитель колеса təkərin genişləndiricisi
Уширитель крыла qanadın genişləndiricisi
Ушко рессоры ressorun qulaqcığı
Ущерб zərər, ziyan, itki
Ущерб дорожно-транспортного происшествия (ДТП) yol-nəqliyyat hadisəsinin (YNH) zərəri